"Mançester Yunayted" Ronaldoya görə bunu etdi

"Mançester Yunayted" Ronaldoya görə bunu etdi
XƏBƏR 30 May 2022 / 10:38 4230
-  A +

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo klub rəhbərliyindən məşq bazasının hovuzlarını yenidən qurmağı istəyib. 

Qol.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Portuqaliyalı oyunçu rəhbərliyə əsas hovuzdan və kiçik hovuzdan istifadə etmək istəmədiyini, boş, qırılmış və əskik plitələrin təhlükəli olduğunu bildirib. O, klubu hər iki hovuzu bağlamağa və təmir etməyə çağırıb. Rəhbərlik ulduz futbolçunun şikayətlərini ciddi qəbul edib və iyulun ortalarında başlayacaq mövsümöncəsi məşq üçün hovuzların müasirləşdirilməsi məqsədilə təmir işlərinin aparılmasına göstəriş verib.

Xatırladaq ki, Ronaldo 2021/22 mövsümündə "Mançester Yunayted"in bütün yarışlarda bombardiri olub.


Son xəbərlər
topaz banner