40 min “Liverpul” azarkeşi finala biletsiz getməyə çalışıb

40 min “Liverpul” azarkeşi finala biletsiz getməyə çalışıb
XƏBƏR 29 May 2022 / 16:49 2155
-  A +

Ötən gecə Çempionlar Liqasının finalında "Liverpul"un 40 min nəfər azarkeşi "Real"la matç üçün stadiona biletsiz daxil olmağa çalışıb. 

Qol.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb. Fanatlar Parisdəki "Stade de Frans" arenasının qarşısında anşlaq yaradıblar. "Liverpul"un yalnız 20 min azarkeşi matça bilet əldə edib.  Qeyd olunur ki, “Liverpul”un bir çox azarkeşi arenaya biletsiz daxil ola bilib. Oyun zamanı polis qaydanı pozanları axtarıb və bir neçə nəfəri həbs edib.

Xatırladaq ki, təhlükəsizlik problemləri səbəbindən matçın başlaması 36 dəqiqə gecikib. Görüş "Real"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 


Son xəbərlər
topaz banner