FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Rusiyaya işguzar səfər edib.
Qol.az sports.ru-ya istinadən xəbər verir ki, o, yerli futbol federasiyasının konfransında olub. Məmmədov oradakı çıxışında bu sözləri deyib:
“Sizə FİFA prezidenti Canni İnfantino və baş katib Fatma Samuradan ən xoş arzuları çatdırmaq istərdim. 2018-ci ildə Rusiyadakı dünya çempionatı hamımızın yadındadır. Bu, möhtəşəm tədbir, əla təşkilatçılıq idi. Bütün bunlar hamımızda xoş və isti təəssüratlar yaratdı. Pandemiya zamanı sıx əməkdaşlığınıza görə FİFA adından sizə təşəkkür etmək istərdim. Artıq pandemiya haqqında keçmiş zamanda danışa bilərsiniz. Bu 24 ay asan olmadı, amma siz futbolu davam etdirə bildiniz. Mövcud vəziyyəti nəzərə alaraq, FİFA adından vəziyyətin tezliklə həllini arzulayıram ki, yaxın gələcəkdə beynəlxalq arenada Rusiya futbolunu yenidən görə bilək”.
Xatırladaq ki, Rusiya klubları, komandaları və idmançıları Ukrayna hadisələri ilə əlaqədar beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər