Yığmamızdan heç-heçə

Yığmamızdan heç-heçə
XƏBƏR 27 May 2022 / 18:33 1241
-  A +

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib. 

Qol.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində penaltidən Balamirzə Mehdizadə fərqlənib. 

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyun 3:0 hesabı ilə millimizin xeyrinə nəticələnmişdi.


Son xəbərlər