"Barselona" 39 yaşlı müdafiəçi ilə müqaviləni uzadır

"Barselona" 39 yaşlı müdafiəçi ilə müqaviləni uzadır
XƏBƏR 27 May 2022 / 12:00 1769
-  A +

"Barselona" müdafiəçisi Dani Alveş ilə yeni müqavilə imzalamağa yaxındır.

Qol.az xəbər verir ki, bu barədə UOL məlumat yayıb. 39 yaşlı oyunçu  karyerasını davam etdirmək niyyətindədir. Çünki o, Qətərdə keçiriləcək dünya çempionatı üçün milli komandaya qoşulmağı planlaşdırır. Kataloniya klubu da Alveşlə müqaviləni uzatmaq üçün danışıqlar aparır.

Qeyd edək ki, Alveş bu mövsüm bütün turnirlərdə 16 oyunda 1 qol vurub və 3 qolun ötürməsini verib. 


Son xəbərlər
topaz banner