"Barselona"nın futbolçusu De Byazi ilə mübahisəsindən danışdı

"Barselona"nın futbolçusu De Byazi ilə mübahisəsindən danışdı
XƏBƏR 27 May 2022 / 10:58 2391
-  A +

"Barselona"nın icarə əsasında "Speziya"da oynayan futbolçusu Rey Manaj Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə bir neçə il əvvəl aralarında yaranan mübahisədən danışıb. 

Qol.az syri.net-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu italiyalı mütəxəssisin Albaniya millisini çalışdırdığı dövrdə onu yığmaya dəvət etmədiyinə görə əsəbiləşdiyini bildirib. Lakin o, hazırda mütəxəssislə münasibətinin yaxşı olduğunu deyib: 

"O vaxt hələ yeniyetmə idim. Millidə oynamaq istəyirdim. Amma Canni de Byazi mənə zəng etmədi. Mən emosianal olaraq bəzi şeyləri söyləmişdim. Aramızda mübahisə yaranmışdı.  Sonra məşqçi ilə məsələni aydınlaşdırdıq, həll etdik. İndi onunla yaxşı münasibətimiz var".

Qeyd edək ki, De Byazi 2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb. 


Son xəbərlər
topaz banner