"Əlbəttə ki, FİFA-nın Ukraynada olması indi çox vacibdir. Çünki biz ilk növbədə futbolu təbliğ edən təşkilatıq. Mən çox şadam ki, bu gün Ukraynanın paytaxtı Kiyevdəyəm".
Qol.az xəbər verir ki, bu sözləri FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfəri zamanı deyib.
Yerli futbol assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko və baş katibi Yuri Zapisotski, həmçinin, ölkənin gənclər və idman naziri Vadim Qutsaytla görüşən Məmmədov qeyd edib: "Kiyevə və ölkənin bir çox başqa şəhərlərinə aktiv həyat qayıdır. Ukrayna Futbol Assosiasiyasının komandasının aktiv şəkildə fəaliyyətini davam etdirməsi çox sevindiricidir. Ukrayna futbolu nümunəvidir. Çünki milli komandanız tərəfindən U-20 dünya çempionu olmaq böyük nailiyyətdir. Ukrayna futbolunun tezliklə dirçəlməsini arzu edirik!"
FİFA nümayəndəsi onu da bildirib ki, təmsil etdiyi qurum hazırda xaricdə olan ukraynalı futbolçu və hakimləri diqqətlə izləyir və onlara kömək etməyə çalışır: "Artıq 90 gündür ki, FİFA, UEFA və bir çox milli assosiasiyalar Ukrayna xalqını fəal şəkildə dəstəkləyir və biz Ukraynaya kömək etməkdə davam edirik. Sizə sülh və Ukraynada futbolun tezliklə dirçəlməsini arzulayıram. Belə çətin dövrdə təslim olmadığınız və futbolu inkişaf etdirməyə davam etdiyiniz üçün təşəkkür edirəm".
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu