"Milan"ı almaqdan imtina etdilər

"Milan"ı almaqdan imtina etdilər
XƏBƏR 26 May 2022 / 16:59 2674
-  A +

Bəhreyn investisiya şirkəti "İnvestcorp" “Milan”ı almaqdan imtina edib. 

Qol.az xəbər verir ki, şirkətin yaydığı məlumatda bildirilib: “Biz "Elliott" ilə "Milan"ın alışı üçün danışıqlar aparırdıq. Premium sövdələşmələrdə olduğu kimi, heç bir kommersiya razılaşması əldə edilmədi və biz danışıqları dayandırmaq qərarına gəldik. "Milan"a növbəti və sonrakı mövsüm üçün ən yaxşısını arzulayırıq”.

Qeyd edək ki, daha əvvəl “İnvestcorp”un “Milan”ı 1,18 milyard avroya  almaq niyyətində olduğu bildirilmişdi. 


Son xəbərlər
topaz banner