Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə Zaur Yaqubov təyinat alıb.
Qol.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, E.Həsənov bundan sonra Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti olacaq.
Qeyd edək ki, E.Həsənov sabiq gənclər və idman naziri Azad Rəhimovun qaynıdır.
O, bu gün Oxu.az-a müsahibəsində A.Rəhimovun qaynı olması və buna görə işdən çıxarılması ilə bağlı suala belə cavab verib: “Məni üzrlü sayın, ancaq mən bu suala cavab vermək istəmirəm. Cavab versəm, subyektiv fikir alınar. Kim mənim üzümə gəlib deyə bilər ki, Azad Rəhimovun qohumu idin, ona görə işdən çıxmalısan. Amma indi yeni nazirdir, öz kadrlarını gətirir, bu, normaldır. Həmişə necə olubsa, indi də elədir… Ancaq bu obyekt yeganə idman qurğusudur ki, həmişə yaxşı işləyib”.
Xatırladaq ki, Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin olunub. O, 2021-ci ildə ağciyər xərçəngindən və qaraciyər sirrozundan dünyasını dəyişib. A.Rəhimovun yerinə 2021-ci il sentyabrın 7-də Fərid Qayıbov təyinat alıb.

PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu