Salah: "Real"la oyuna bütün gücümüzlə köklənmişik"

Salah: "Real"la oyuna bütün gücümüzlə köklənmişik"
XƏBƏR 26 May 2022 / 14:58 1754
-  A +

"Liverpul"un futbolçusu Məhəmməd Salah növbəti dəfə Çempionlar Liqasının finalında "Real"la matç ilə bağlı gözləntilərini bölüşüb.

Qol.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib: “Real"a qarşı son finalımızda baş verənlərdən sonra çox motivasiya oldum. Bazar günü Premyer Liqanın qalibi ola bilmədik. Amma indi bütün klub - hər kəs Çempionlar Liqasını qazanmağa həvəslənib. Bütün gücümüzlə buna köklənmişik. Hamı həyəcanlıdır”.

Qeyd edək ki, mayın 28-i Parisdə keçiriləcək həlledici matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Son xəbərlər
topaz banner