Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, Azərbaycanın daha 4 karateçisi bu gün fərdi yarışlarda mübarizəyə start verəcək. Əminağa Quliyev (60 kq) 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə, Tural Ağalarzadə (67 kq) 1/32 finalda sloveniyalı Jaka Talerlə görüşəcək.
Qadınların yarışında İnci Əzizova (50 kq) 1/16 finalda latviyalı Aleksandra Mihailova ilə, Mədinə Sadiqova (55 kq) isə eyni raundda slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq.
Bu gün həmçinin Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayev də qüvvəsini sınayacaq. Onlar Rafael Ağayev və Asiman Qurbanlı ilə birlikdə Azərbaycanın kumite komandasının tərkibində vuruşacaqlar. Yığma 1/8 finalda Sloveniya - Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə başlayan 7 karateçi yarışı medalsız bitirib.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu