“Mən indi Tovuzdan qayıdıram. Dünən Müşahidə Şurasının iclası oldu. Amma Ayxan Abbasovla sabah görüşəcəyəm”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev Ayxan Abbasovun komandaya baş məşqçi təyin olunacağı barədə yayılan xəbərlər haqda danışarkən deyib. O bildirib ki, sabah mütəxəssislə görüşüb, ortaq məxrəcə gəlməyə çalışacaq: “Sabah Ayxan Abbasovla bəzi detalları müzakirə edəcəyik. Əgər razılığa gəlsək, təyinatı rəsmiləşəcək”.
Oqtay Abdullayev klubun büdcəsini yaxşılaşdırmaq üçün bir neçə iş adamı ilə danışıqlar apardığını da bildirib: “Mən dünən Tovuz rayonunun icra başçısı ilə də görüşdüm. Ondan komandaya dəstək olmasını istədim. Bütün məsələləri həll etmək üçün danışıqlar aparıram. Tovuzun iş adamları çox deyirdilər ki, “Turan Tovuz” Premyer Liqada oynamalıdır. İndi kluba lisenziya verildi. Mən mətbuat vasitəsi ilə müraciət etmişəm, indi də edirəm ki, gəlin, köməklik edin. Eşitdiyimə görə, sponsor olmaq istəyənlər var. Amma hələ danışıqlar gedir. Tovuz rayonundan seçilən deputatlar Qənirə Paşayeva, Arzu Nağıyev sağ olsunlar. Onlar bizə kömək edirlər, daim mətbuatda da danışırlar. Bildiyiniz kimi, Qənirə Paşayeva Futbolun İnkişafı Fondunun üzvüdür. O, bizə çox böyük dəstək olur. Bu yaxınlarda iş adamları ilə bizi görüşdürəcək. Yəni, sponsor olmaq istəyənlər var. Amma indi baxaq görək ki, necə dəstək olmaq istəyirlər. Bunu aydınlaşdırmalıyıq”.
Xatırladaq ki, AFFA “Turan Tovuz”un növbəti mövsüm Premyer Liqada iştirakına rəsmi icazə verib.
Nur Zeynalova
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə