Türkiyədə səfərdə olan qazilərimiz dünən Superliqanın “Alanyaspor” -“Qaziantepspor” matçını stadiondan canlı izləyiblər.
Qol.az-ın xəbərinə görə, qazilərimiz oyundan öncə meydanda “Alanyaspor” Futbol Klubunun Prezident Hasan Çavuşoğlu ilə görüşüblər. Klubun prezidenti qazilərlə Qarabağ Zəfəri ilə bağlı səmimi fikirlərini bölüşüb və hər birinə qarşılanma hədiyyəsini şəxsən təqdim edib.
Oyun başlayanda futbolçular meydana üzərində Azərbaycan-Türkiyə dostluğuna həsr edilən “Birlikdəyik, güclüyük!” yazısı əks olunan xüsusi formada çıxıblar.
“Alanyaspor” bu oyunda 3:0 hesablı qələbə qazanıb. Qələbə Azərbaycanın qəhrəman qazilərinə həsr olunub.
Qeyd edək ki, “Çiyin-çiyinə bir yumruq kimi” layihəsi "YAŞAT" Fondunun və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Yuxarı
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi