"Qarabağ" fiziki imkanları məhdud 12 yaşlı azarkeşi Əlini qəbul edib.
Bu barədə onun atası Saleh Seyfullayev Qol.az-a bildirilib. O, serebral iflicdən əziyyət çəkən oğlunun Ağdam təmsilçisinin azarkeşi olduğunu və demək olar ki, komandanın bütün oyunlarına getdiyini bildirib. Ən böyük arzusu "Qarabağ" futbolçuları ilə görüşmək və onlarla şəkil çəkdirmək olan Əli arzusuna çatıb.
S.Seyfullayev Əlinin arzusu ilə bağlı klub rəhbərliyinə müraciət etdiklərini və müsbət cavab aldıqlarını vurğulayıb: "Çox sağ olsunlar ki, bizi "Qarabağ"ın düşərgəsinə dəvət etdilər. Orada bütün futbolçular oğluma xüsusi diqqət və qayğıyla yanaşdılar. Xüsusilə də Qara Qarayevi vurğulamaq istəyirəm. Çünki o, Əlini bir ayrı sevdi. Qurban Qurbanov oğluma top hədiyyə etdi. Abdullah Zubir öz butslarını, Qara Qarayev öz imzalı formasını, Maksim Medvedev şərfini və digər hədiyyələr etdilər. Bütün təşkilatçılara və futbolçuların hər birinə ayrı-ayrılıqda təşəkkür edirik. Ümumiyyətlə, başda klubun prezidenti Tahir Gözəl olmaqla bütün "Qarabağ" ailəsinə minnətdarıq".
Yuxarı
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi