Azərbaycan millisinin sabiq üzvü, tanınmış futbol skautu Bəxtiyar Musayev son çempion “Neftçi”nin çıxışları ilə bağlı Qol.az saytına müsahibə verib.
- Sabiq futbolçusu və məşqçisi olduğunuz “Neftçi” qış fasiləsindən sonra bu il 2 rəsmi oyun keçirib. “Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sabah”la heç-heçə edib (1:1), Premyer Liqanın 15-ci turunda isə “Qarabağ”a uduzub (1:2). Bu cür başlanğıcı necə qiymətləndirirsiniz?
- “Sabah” “Neftçi”yə çox çətinlik yaratdı. Doğrudan da çox xoş təsir bağışladılar. “Neftçi”yə baxanda çox diri idilər. İkinci hissədə daha da üstün görünürdülər. “Neftçi” o qədər də yaxşı oynamamışdı. Dünənki oyuna gəlincə, “Qarabağ” meydana bir neçə itki ilə çıxmışdı. Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, İbharima Vadji kimi futbolçular oynamırdı. Buna baxmayaraq, “Qarabağ” üstün oyun sərgilədi. Hesab 2:1 olanda “Neftçi” təzyiqi artırmaq istədi, amma bunu bacarmadı. “Neftçi”nin oyununda düşünülmüş kombinasiyalar, basqı görmədik. Lakin “Qarabağ” itkilərə baxmayaraq, qalib gəldi, xal fərqini də artırdı. Bəzən deyirlər ki, “Qarabağ”ın 2 geniş heyəti var. Əsas heyətdə 1-2 futbolçu dəyişiləndə belə bu, keyfiyyətə təsir edir. Amma “Qarabağ” 4 vacib oyunçusu olmadan da qalib gəldi. Deyək ki, “Neftçi” üzərində tam rahat qələbə qazanmadılar. Amma “Qarabağ” çox böyük əziyyət çəkmədən qalib gəldi.
- Bəs, “Neftçi”nin yeni transferləri barədə nə deyə bilərsiniz?
- “Neftçi” bu qış transfer bazarına aktiv oldu. Lakin alınan oyunçular hələlik komandaya fayda verə bilmirlər. Mən onların “Neftçi”yə böyük xeyir verəcəyini də düşünmürəm. Çünki onların arasında tanıdığım futbolçular var. “Neftçi” Azər Salahlı, Eddi İsrafilov, Gilyerme Pato, İvan Brkiç və Azər Əliyevi alıb. Bunlar orta səviyyəli futbolçulardır. Amma “Neftçi” gücünə güc qatacaq oyunçu transfer etməyib. Yeni transferlər böyük işlər görə biləcək oyunçular deyil.
- Bəxtiyar bəy, siz də bir vaxtlar “Neftçi”nin skautu olmusunuz. Hazırkı rəhbərliyin dövründə transfer siyasətini necə qiymətləndirisiniz?
- Mənə 17 yaşımdan bu komandada oynamaq xoşbəxtliyi nəsib olub. Bundan sonra klubda məşqçi işləmişəm. Futbol anlayışım olduğuna görə skaut kimi də çalışırdım. Gördüyünüz kimi, “Neftçi” futbolçu transfer edir, 6 aydan sonra həmin oyunçu komandadan ayrılır. Sonra yenə eyni hadisə baş verir. Bu özü də göstərir ki, transfer siyasətinin “Neftçi”nin ad-sanı ilə yaxından-uzağa əlaqəsi yoxdur. Klub son 3-4 ildə 30-a yaxın oyunçu transfer edib. Alınan futbolçular arasında cəmi 2-3 oyunçu keyfiyyətli olub. Məsələn, Sabir Buqrinin, Mamadu Kanenin adını çəkə bilərəm. Biz onları görüb, sevinirdik. Amma fikirləşmək lazımdır ki, saysız-hesabsız futbolçu transfer edilsə də, onların arasından Buqrin, Kane kimi cəmi 1-2 yaxşı oyunçu çıxıb. Yəni, faiz nisbəti ilə hesablasaq, görərik ki, alınan futbolçular ilə yaxşı oynayanların nisbətində böyük fərq var. Bu fərq də mənfidir.
- Komandanın yeni transferlərindən danışdıq. Bəs, bu heyətlə komandanın 2021/22 mövsümü üçün perspektivini necə görürsünüz? “Neftçi” indi 4-cü yerdədir, çempionluq şansları da böyük ehtimalla əldən gedib. Bəs, “Neftçi” Konfrans Liqasına vəsiqə qazana bilərmi?
- Komandanın “Qarabağ”la xal fərqi çox böyükdür. Amma belə çox xal fərqi olmasa belə, “Qarabağ” “Neftçi”dən çox üstün görünür. Lakin digər komandalar istər şərait, istərsə də heyət cəhətdən “Neftçi”dən geri qalır. Məncə, “Neftçi” mövsümü 2-ci pillədə başa vurmağa məcburdur. Digər 6 klubumuz o qədər də yaxşı heyətə malik deyil. Onlar “Neftçi”dən geridə qalırlar. Amma bu məğlubiyyətin “Neftçi”yə necə təsir edəcəyini bilmirəm. Qarşıda komandanın çətin kubok oyunları da var. Belə şeylər “Neftçi”yə mənfi təsir edə bilər. Amma yenə də deyirəm, komanda 2-ci yeri tutmağa məcburdur. “Neftçi” həmişə çempionluq uğrunda mübarizə aparıb.
- Sizcə "Neftçi"nin belə durumdan çıxması, stabil oynaması üçün nələr dəyişməlidir?
- Kluba mənfi təsir göstərən bir çox amil var. Amma bunların ən vacibi bayaq qeyd etdiyimiz transfer problemləridir. Klub yaxşı oyunçularını satır. Məsələn, yayda Namik Ələskərov komandadan ayrıldı. Bu qış isə Sabir Buqrin, Mamadu Kane getdi. Əsas futbolçular komandanı tərk edir. Onların yerinə transfer edilən oyunçular da o qədər də yaxşı çıxış etmirlər. Yəni “Neftçi” elə bir futbolçu almır ki, bu nə gözəl oyunçudur deyək. Ən böyük problem oyunçu seçimindən qaynaqlanır. Amma ümidvaram ki, hər şey yaxşıya doğru dəyişəcək. Mən də istəyərəm ki, Premyer Liqada qalibi əvvəlcədən bilməyək, çempionun adına son turlarda aydınlıq gəlsin. Hər kəs yaxşı rəqabət izləmək istəyir. Amma təəsüf ki, bu il rəqabət görə bilməyəcəyik. Həm də komandada azərbaycanlı futbolçu azdır. Əvvəllər klubda gənc oyunçular yetişirdi. Həmişə “Neftçi”də klubun layiqli yetirmələri oynayıb. İndi isə buna çox az-az rast gəlinir. Lakin ən azı klubun yükünü daşıya biləcək legionerlər transfer etmək olardı.
- Bəziləri bu duruma görə baş məşqçi Samir Abasovu günahlandırır. Sizcə problem baş məşqçidədir, yoxsa rəhbərlikdə?
- Uğursuzluq baş verəndə günahkar ümumilikdə klub olur. Yəni hər kəsin öz payı var. Futbolçuların gəlib, bir neçə ay sonra komandanı tərk etməsi ənənə halını alanda artıq problem yaranır. Rəhbərlik də düşünməlidir ki, hər dəfə yaxşı bir oyunçu komandanı tərk edir. Futbolçularla elə ünsiyyət qurulmalıdır ki, belə mənfi ənənə olmasın. Bu, birbaşa rəhbərliyə yönələn bir mövzudur. Baş məşqçi Samir Abasova gəldikdə isə o, ötən mövsüm uğura imza atdı. Düzdür, “Qarabağ” çox yaxşı mövsüm keçirməmişdi. Amma “Neftçi”nin çempionluq qazanmasında Samir Abasovun da rolu var idi. Lakin transfer pəncərəsindəki gecikmələr, yanlışlıqlar, söz-söhbətlər komandaya, məşqçinin psixologiyasına çox təsir etdi. Yəni, hazırkı duruma görə klubdakı hər kəs məsuliyyət daşıyır.
Nur Zeynalova
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video