Qvardiola ən yaxşı seçildi

Qvardiola ən yaxşı seçildi
DÜNYA FUTBOLU 10 Dekabr 2021 / 17:15 1150
-  A +

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi məlum olub.

Qol.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib.

“Şəhərlilər” ötən ay çempionatda üç qələbə qazanıb. “Mançester Yunayted”i 2:0, “Everton”u 3:0 hesabı ilə məğlub edən “şəhərlilər” “Vest Hem”i 2:1 hesabı ilə üstələyib.

Qvardiola karyerasında 10-cu dəfə Premyer Liqada ayın məşqçisi seçilib. O, bu ad uğrunda mübarizədə Stiven Cerrardla Yurgen Kloppu qabaqlayıb.


Son xəbərlər