Kimmix 3 oyunu buraxacaq

Kimmix 3 oyunu buraxacaq
DÜNYA FUTBOLU 9 Dekabr 2021 / 19:22 953
-  A +

“Bavariya”nın futbolçusu Coşua Kimmix bu ilin sonuna qədər meydana çıxa bilməyəcək.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Koronavirusdan sağalan almaniyalı yarımmüdafiəçinin ağ ciyərlərində problem var.

Bu səbəbdən o, Bundesliqada “Mayns”, “Ştutqart” və “Volfsburq”la görüşlərində komandasına kömək edə bilməyəcək. Futbolçunun yanvarda məşqə başlayacağı nəzərdə tutulub.


Son xəbərlər