Müllerdən ilk

Müllerdən ilk
DÜNYA FUTBOLU 9 Dekabr 2021 / 16:21 17442
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Barselona” ilə matç "Bavariya"nın futbolçusu Tomas Müller üçün əlamətdar olub.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu görüşdə fərqlənərək turnirdə vurduğu qolların sayını 50-yə çatdırıb. Bununla da Müller Çempionlar Liqasında belə nəticə göstərən ilk alman oyunçu adını qazanıb.

Qeyd edək ki, qarşılaşma Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


Son xəbərlər