"Leyptsiq"də yeni baş məşqçi

"Leyptsiq"də yeni baş məşqçi
DÜNYA FUTBOLU 9 Dekabr 2021 / 14:38 2370
-  A +

"Leyptsiq"in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Domeniko Tedesko təyin olunub. 36 yaşlı mütəxəssislə 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Cessi Marşı əvəzləyib.

Qeyd edək ki, Tedeskonun son klubu "Spartak" olub. Alman çalışdırıcı 2019-cu ilin oktyabrından 2021-ci ilin mayına kimi Rusiya təmsilçisinin baş məşqçisi olub.

Xatırladaq ki, "Leyptsiq" 18 xalla Almaniya Bundesliqasının turnir cədvəlində 11-ci yerdədir.


Son xəbərlər