Bu gün Unibank Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Xəzər Lənkəran” görüşünün fasiləsində qalmaqal yaranıb. Qol.Az-ın məlumatına görə, bu oyunu izləməyə gələn “Neftçi” azarkeşlərinin də “Qarabağ”ın fanatlarıyla birgə həmrəylik nümayiş etdirməsi Lənkərandan gələn tərəfdarları qıcıqlandırıb. Təbii ki, bir-biri ilə elə də isti münasibətlərə malik olmayan iki klubun azarkeşləri oyunun gedişində və fasilədə bir-birinin ünvanına təhqiredici şüarlar səsləndirməkdən də çəkinməyib. Nəticədə matçın fasiləsində azarkeşlər arasındakı gərginlik münaqişəyə səbəb olub. Futbolsevərlərin bir-biriylə münaqişəyə girişməsi polis və təhlükəsizlik işçilərinin vəziyyətə müdaxiləsiylə nəticələnib ki, məhz onların səyi nəticəsində dava-dalaşın böyüməsinə imkan verilməyib. Hazırda hər iki tərəfin fanatları polislər tərəfindən tərəfindən ciddi nəzarətə götürülüb. Fəal azarkeşlərdən biri həbs olunub.
Yuxarı
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı