Bu gün DÇ-2022-nin seçmə seçmə mərhələsində 10-cu tura start verilib.
Qol.az xəbər verir ki, ilk oyun günün 4 qrupda 10 qarşılaşma oynanılıb.
A qrupunda Portuqaliya Serbiyanı qəbul edib. 2:1 hesabı ilə qalib gələn Serbiya mundiala birbaşa vəsiqəni təmin edib. Qrupun digər matçında Lüksemburq İrlandiyanı qəbul edib və 0:3 hesabı ilə uduzub .
B qrupunda İsveç İspaniyaya 0:1 hesabı ilə uduzub, Kosovo Yunanıstanla heç-heçə edib - 1:1. İspaniya qələbə ilə DÇ-2022-də oynamaq hüququ qazanıb.
H qrupun əhəmiyyəti oyunu Xorvatiya və Rusiya komandaları arasında olub. 1:0 hesabı ilə qalib gələn Xorvatiya mundialda iştirakı təmin edib.
J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edib. Vaxtından əvvəl qrup liderliyini rəsmiləşdirən Almaniya son matçda da qələbə qazanıb - 4:1 . Şimali Makedoniya İslandiyanı 3:1 hesabı ilə məğlub edərək, digər oyunların nəticəsindən asılı olmayaraq pley-offa yüksəlib.
DÇ-2022, seçmə mərhələ
10-cu tur
14 noyabr
A qrupu
Lüksemburq – İrlandiya - 0:3
Qollar: Daffi, 67, Oqbene, 75, Robinson, 88
Portuqaliya – Serbiya - 1:2
Qollar: Sançes, 2 – Tadiç, 33, Mitroviç, 90
Xal durumu: Serbiya – 20, Portuqaliya – 17, İrlandiya – 9, Lüksemburq – 9, Azərbaycan – 1.
B qrupu
Yunanıstan – Kosovo - 1:1
Qollar: Masuras, 44 – Rrahmani, 76
İspaniya – İsveç - 1:0
Qol: Morata, 86
Xal durumu: İspaniya – 19, İsveç – 15, Yunanıstan – 10, Gürcüstan – 7, Kosovo – 5
H qrupu
Malta – Slovakiya - 0:6
Qol: Rusnak, 6, 16, Duda, 8, 69, 80, De Marko, 72
Sloveniya – Kipr - 2:1
Qol: Zayç, 48. Çerin, 84 – Kakulis, 89
Xorvatiya – Rusiya - 1:0
Qol: Kudryaşov, 81-avtoqol
Xal durumu: Xorvatiya – 23, Rusiya – 22, Slovakiya – 14, Sloveniya – 14, Malta – 5, Kipr – 5.
J qrupu
Lixtenşteyn – Rumıniya - 0:2
Qol: Man, 8, Banku, 87
Şimali Makedoniya – İslandiya - 3:1
Qol: Alioski, 7, Elmas, 65, 87 – Torsteynsson, 54
Ermənistan – Almaniya - 1:4
Qol: Mxitaryan, 59-pen – Haverts, 15, Gündoğan, 45+4-pen, 50, Hofmann, 64
Xal durumu: Almaniya – 27, Şimali Makedoniya – 18, Rumıniya – 17, Ermənistan – 12, İslandiya – 9, Lixtenşteyn – 1.
Qeyd edək ki, indiyədək Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda
Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Simeone nəvəsi ilə fotosunu paylaşdı - Şəkil
Almaniya millisi Qanaya qalib gəldi