“Barselona”nın yeni baş məşqçisi Xavinin tətbiq etdiyi tələblər və qadağalar müəyyənləşib.
Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, bundan sonra oyunçular məşqdən ən azı 1,5 saat, məşqçilər isə 2 saat əvvəl klubun bazasında olmalıdırlar. Futbolçular klubun dietoloqlarının nəzarəti altında birgə günorta və axşam yeməyi yeməlidirlər. Məşqçinin fikrincə, düzgün qidalanma futbolçuları lazımsız zədədən qoruya bilər.
Həmçinin oxuyun: İnyetsa Xavinin təyinatı haqda
Bundan başqa, Luis Enrikenin dönəmində ləğv olunmuş cərimə sistemi yenidən bərpa olunub. Təkrar cəzalanmaya görə maddi cərimə daha da artacaq.
Xavinin daha bir qərarına əsasən, oyunlardan 48 saat qalmış futbolçuların evə getməsinə qadağa qoyulur. Bu, onların matçlara daha yaxşı köklənməsi məqsədi ilə edilir.
Bundan başqa, futbolçuların asudə vaxtına da nəzarət tətbiq edilir. Əgər onlar Barselona şəhərini tərk etmək istəsələr, bu halda əvvəlcə məşqçilərin razılığını almalıdırlar. Oyunçulara sörfinqlə məşğul olmaq və elektrovelosiped sürmək də qadağan edilir.
Futbolçular klubun imicini də qorumalıdırlar.
“Marca” qəzetinin yazdığına görə isə Xavi komandanın müdafiəçisi Jerar Pikeyə “El Hormiguero” tok-şousunda iştirak etməyi qadağan edib. Bildirilir ki, o, Pikenin futbola aidiyyatı olmayan ictimai tədbirlərdə tez-tez görünməsindən razı deyil. Baş məşqçi futbolçularının diqqəti birinci növbədə “Barselona”ya yönəltmələrinin vacibliyini qeyd edib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə