Güləşçimiz dünya çempionatının finalında

Güləşçimiz dünya çempionatının finalında
XƏBƏR 7 Noyabr 2021 / 00:40 1524
-  A +

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında finala çıxıb.

Qol.az xəbər verir ki, o, yarımfinalda iranlı Əmirhüseyn Firuzpurbandpeylə qarşılaşıb.

Rəqibinə 10:7 hesabı ilə qalib gələn Nurməhəmmədov həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda rusiyalı Azamat Zakuyevlə qarşılaşacaq.


Son xəbərlər
topaz banner