Güləşimiz dünya çempionu oldu

Güləşimiz dünya çempionu oldu
XƏBƏR 6 Noyabr 2021 / 22:02 2142
-  A +

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

Qol.az xəbər verir ki, 57 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada Bekbolot Mirzənəzər Uulu (Qırğızıstan) ilə üz-üzə gəlib. 7:6 hesabı ilə qalib gələn Rzazadə dünya çempionu olub.

Qeyd edək ki, 65 kq-da yer alan Zirəddin Bayramov isə 3-cü yer uğrunda görüşdə Stilyan İliyevə (Bolqarısta) 10:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.


Son xəbərlər
topaz banner