Konte: "Bura qələbə üçün gəlmişəm"

Konte: "Bura qələbə üçün gəlmişəm"
XƏBƏR 6 Noyabr 2021 / 16:23 2912
-  A +

“Tottenhem”in yeni baş məşqçisi Antonio Konte kluba gəlişi barədə danışıb. 

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, italyan mütəxəssis, London klubuna titullar qazanmaq üçün keçdiyini söyləyib:

Həmçinin oxuyun: "Tottenhem" baş məşqçisini istefaya göndərdi

“Bura qazanmaq üçün gəlmişəm. Bu, böyük bir meydan oxumadır. Çox böyük, çox. Bu klubun bir müddətdir titul qazanmadığını bilirəm. Amma mən bura qazanmaq üçün gəlmişəm. Kubokları bir-iki gün işləməklə əldə etmək olmur. Uzun müddətli layihələrə sahib olmaq lazımdır”.

“Tottenhem” Kontenin rəhbərliyi altında ilk matçında Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Vitess”i (Niderland) məğlub edib – 3:2.


Son xəbərlər
topaz banner