"Üç ildir ki, istefaya göndəriləcəyimi deyirlər"

"Üç ildir ki, istefaya göndəriləcəyimi deyirlər"
XƏBƏR 6 Noyabr 2021 / 15:21 2062
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer istefaya göndəriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qol.az xəbər verir ki, norveçli mütəxəssis Britaniya mətbuatına açıqlamasında söyləyib:

Həmçinin oxuyun: Konfrans Liqasında həftənin ən yaxşısı odur

“Mən bura gələndən belə iddialar var. Üç ildir ki, göndəriləcəyimlə bağlı şayiələr yayılır. “Mançester Yunayted”də çalışırsızsa, işinizin çətin olduğunu bilməlisiz”.

Qeyd edək ki, Sulşerin “Mançester Yunayted”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.


Son xəbərlər
topaz banner