Boksçumuz dünya çempionu oldu

Boksçumuz dünya çempionu oldu
XƏBƏR 5 Noyabr 2021 / 23:05 5062
-  A +

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Qol.az xəbər verir ki, 86 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib braziliyalı Keno Maçado olub.  Dominges 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə dünya çempionu olub. Daha əvvəl o, Minsk-2019 II Avropa Oyunlarının qalibi və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı adını qazanıb.

Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sərxan Əliyev 71 kq, Məhəmməd Abdullayev isə 92 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Dünya çempionuna kəmər və 100 000 ABŞ dolları, bürünc medalçılara 25 000 dollar mükafat verilib.


Son xəbərlər
topaz banner