Pirlo bu klubda çalışacaq

Pirlo bu klubda çalışacaq
XƏBƏR 5 Noyabr 2021 / 20:48 7167
-  A +

"Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlonun yeni iş yeri müəyyənləşmək üzrədir.

Qol.az "Football Italia"ya istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis "Cenoa"nı çalışdıra bilər. Komanda A seriyasında 11 turdan sonra cəmi 8 xal toplayıb. Buna görə də hazırkı baş məşqçi Davide Ballardinin göndəriləcəyi gözlənilir. Komandanın növbəti turda "Empoli" ilə görüşdə məğlub olacağı təqdirdə Ballardininin qovulacağı bildirilib.

Qeyd edək ki, Pirlo bu ilin may ayında "Yuventus"dan ayrılıb.


Son xəbərlər
topaz banner