Güləşçimiz erməniyə qalib gəldi, yarımfinala çıxdı

Güləşçimiz erməniyə qalib gəldi, yarımfinala çıxdı
XƏBƏR 5 Noyabr 2021 / 18:12 2418
-  A +

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.

Qol.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçiləri  mübarizəyə başlayıb. Xalça üzərinə çıxan 5 idmançıdan ikisi artıq yarımfinala vəsiqə qazanıb.

57 kq-da Əliabbas Rzazadə 1/4 finalda ermənistanlı Manvel Xndzrtsyana qalib gələrək yarımfinala çıxıb. 79 kq-da isə Əşrəf Aşırov isveçrəli Tanquy Darbellanı məğlub edib, növbəti raunda yüksəlib.


Son xəbərlər
topaz banner