Cüdoçumuz bürünc medal qazandı

Cüdoçumuz bürünc medal qazandı
XƏBƏR 5 Noyabr 2021 / 17:53 700
-  A +

Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir. 

Qol.az xəbər verir ki, Azərbaycan cüdoçusu Rövşən Əliyev bürünc medal görüşünə çıxıb. 60 kq-da mübarizə aparan idmançı monqolustanlı Sumiyabazar Enktaivanla qarşılaşıb.

Rəqibinə cərimə xalları hesabına qalib gələn Əliyev Azərbaycan yığmasına yarışın ilk medalını qazandırıb. Onunla eyni çəkidə çıxış edən Əhməd Yusifov isə yaponiyalı Hayato Kondoya məğlub olaraq 5-ci yeri tutub.

48 kq-da yarışan qadın cüdoçu Şəfəq Həmidova bürünc medal uğrunda qarşılaşmada israilli Şira Rişoniyə uduzub.


Son xəbərlər
topaz banner