İki boksçumuzdan bürünc medal - Dünya çempionatı

İki boksçumuzdan bürünc medal - Dünya çempionatı
XƏBƏR 5 Noyabr 2021 / 00:20 2253
-  A +

Azərbaycan daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal döyüşünə çıxıb.

Qol.az xəbər verir ki, Sərxan Əliyev (71 kq) ukraynalı Yuri Zaxariyevə 0:5, Məhəmməd Abdullayev (+92 kq) isə ermənistanlı Davit Çaloyanla 0:5 hesabı ilə uduzub. Finala yüksələ bilməyən idmançılarımız bürünc medal qazanıblar.

Xatırladaq ki, 86 kq-da mübarizə aparan boksçumuz Alfonso Dominges isə finala yüksəlib.  O, həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək. 
 


Son xəbərlər
topaz banner