"Milan"ın 18 yaşlı hədəfi

"Milan"ın 18 yaşlı hədəfi
XƏBƏR 4 Noyabr 2021 / 17:49 3618
-  A +

“Milan” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Qol.az xəbər verir ki, A seriyası təmsilçisi “Las-Palmas”ın hücumçusu Alberto Moleyronun almağı planlaşdırır.

Milanlılar 18 yaşlı futbolçunun böyük perspektiv vəd etdiyinə inanır. Bu üzdən də “rossonyeri” gənc istedad üçün 2,5 milyon avro ödəməyə hazırdır. Moleyronun İspaniya klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, hücumçunu İspaniyanın aparıcı klubları istəsə də, “Las-Palmas” Moleyronu satmağa razı olmayıb.
 


Son xəbərlər
topaz banner