“Mançester Siti” Qvardiolanın əvəzləyicisini tapdı

“Mançester Siti” Qvardiolanın əvəzləyicisini tapdı
XƏBƏR 4 Noyabr 2021 / 16:59 5741
-  A +

“Mançester Siti” baş məşqçisi Pep Qvaridolanın klubdan ayrılacağı təqdirdə onun əvəzinə “Lester”in çalışdırıcısı Brendan Rocersi gətirmək istəyir.

Qol.az xəbər verir ki, bu barədə “Times” məlumat yayıb. Rocers 50 yaşlı mütəxəssisin yerinə əsas namizəd hesab olunur. Xəbərdə o da bildirilib ki, Brendan Rocers özü də “Mançester Siti”yə keçməkdə maraqlıdır.

Əlavə edək ki, Qvardiolanın klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, 2016-cı ildən “Mançester Siti”yə baş məşqçilik edir.


Son xəbərlər
topaz banner