Rusiyanın SSKA klubunun qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenko milli komandamızda çıxış etdiyi vaxtda Portuqaliyaya qarşı keçirilən oyunu yada salıb.
Qol.az apasport.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis “Matç TV”yə müsahibəsində millimizin sabiq qapıçısı 1999-cu ilin martında, “Avro-2000”nin seçmə mərhələsində səfərdə keçirilmiş həmin görüşü də yada salıb.
Həmin müsahibəni təqdim edirik.
- Demək olar kİ, SSKA-da qeyri-formal olaraq qapıçılarla işləyən iki məşqçi var?
- İqor Akinfeyevə cansağlığı arzulayıram ki, o hələ çox oynasın. Mən Azərbaycan millisinin düşərgəsinə gedəndə digər qapıçılara İqor nəzarət edir, onlara tapşırıqlar verir. Bu müddət o qədər uzun olmadı, bir həftəyə yaxın sürdü. İndi artıq heç hara getmirəm. Onunla çalışmaq mənə asandır. Bir-birimizi çoxdan tanıyırıq. Mən karyeramı bitirəndə Akinfeyev yeni başlayırdı.
- SSKA-ya gəlişinizin Akinfeyev sayəsində gerçəkləşdiyini demisiniz. Təyinatdan sonrakı ilk dialoqu xatırlaya bilərsiz?
- Yeni il öncəsi Bakıdan Moskvaya məzuniyyətə gəldim. SSKA-nın seleksiya xidmətinin rəhbəri Andrey Movsesyan zəng vurdu və danışmaq üçün kluba çağırdı. Görüşdə Roman Babayev, Aleksey Berezutski, Mixail Qonçarenko da iştirak edirdi. Fikirləşmək üçün vaxt istəyib İqora zəng edib. O, beşə yaxın namizədin olduğunu, lakin məni təklif etdiyini bildirdi.
- Son yarım ildə SSKA-nın baş məşqçiləri bir neçə dəfə dəyişib. Qapıçılarla işləyən məşqçi məsələsi gündəmə gəlməyib?
- Mən öz işimi görürdüm. İvitsa Oliçi də yaxşı tanıyıram. Bizim yollarımız təkcə MOİK-də deyil, mən Azərbaycan, o Xorvatiya yığmasında çalışanda da kəsişib. Eyni seçmə qrupda mübarizə aparırdıq. Yaxşı münasibətləri saxlamışıq.
- Qızınız Lalənin məşqçisi olmuş İrina Vinerin metodları birmənalı qarşılanmır. İdmançı atası kimi bunu qəbul edirsiz?
- Mən və yoldaşım Lalənin bədii gimnastika ilə Bakıda məşğul olmasının təşəbbüskarı idik. Orada yaxşı məktəb, yaxşı məşqçi var idi. Sonradan onda alınmağa başlayanda turnirlərin birində Rusiya yığmasının məşqçiləri ona diqqət yetirdi. Başa düşdük ki, insan bununla yaşayır. Bütün çətinliklərə, göz yaşlarına, zədələrə baxmayaraq ona mane ola bilməzdim.
- Qızınızın güclü xarakteri var?
- Bəli. O, babasına, atam Sergey Kramarenkoya bənzəyir. O da tez-tez evə gəlib hər şeyi bitirdiyini söyləyir, səhər isə məşqə hamıdan tez yollanırdı. Meydanlar yaxşı olmadığından özü qapıçı meydanını sulayırdı. 20 ildən artıq belə sürdü. Atamın yolu ilə getmək istəmirdim. Mən meydanda oynamağa üstünlük verirdim. 1973-cü il təvəllüdlülərdən ibarət komanda ilə Bakı çempionatında sahə oyunçusu kimi çıxış edirdim. 1974-cü il təvəllüdlülərdə isə artıq qapıda idim. Atam dedi ki, məndə lazım olan sürət yoxdur, amma texnika var. Deməli qapıçı olmalıyam və mən də oldum. Bizdə Qafqazda atanın sözü qanundur. Buna görə ona ağlasığmaz dərəcədə minnətdaram.
- Karyeranızda 7 qol buraxdığınız oyun olub?
- Bəli, olub. Bu üzücü idi. Biz Portuqaliya millisi ilə oynayırdıq. Onda hələ Kriştiano Ronaldo yox idi. Amma komanda çox güclü idi. Biz səfərdə 0:7 hesabı ilə uduzduq. Çox məyus idim və başa düşürdüm ki, bu qədər top buraxmağa haqqım yox idi. Orda çox sərt matç oldu və portuqaliyalılar bizi “sürüdülər”. Özümə söz vermişdim ki, cavab oyununda ən azı uduzmayacağıq. Siz nə düşünürsüz? Biz iki gün oynadıq. İlk gün hesab 0:0 olanda stadionda işıqlar söndü. Ertəsi gün davam elədik və yekunda heç-heçə oynadıq – 1:1. Bu da böyük uğur idi.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi