"Kayrat"ın qisas ala biləcəyini düşünmürəm"

"Kayrat"ın qisas ala biləcəyini düşünmürəm"
XƏBƏR 4 Noyabr 2021 / 12:25 4450
-  A +

“Kayrat”ın qələbə qazanmaq şansları var, amma “Qarabağ”ın daha güclü komanda olduğunu düşünürəm. Bununla belə, “Kayrat” son üç matçda qalib gəlsə, qrupdan vəsiqə qazanmaq imkanı hələ də var. Bunun mümkün olub-olmadığını görəcəyik. Bu ehtimal, əlbəttə ki, kiçikdir".

Qol.az xəbər verir ki, bu sözləri "Kayrat"ın sabiq futbolçusu Çuma Anene Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la oyun önvəsi prosports.kz saytına açıqlamasında deyib.

"Bu qarşıdurmada “Qarabağ”ın qalib gələcəyini düşünürəm. Görüş darıxdırıcı ola bilər, amma yekunda Azərbaycan komandası 1:0 hesablı qələbə qazanacaq.“Kayrat” hər şeyi ilə mübarizə aparmalıdır. Çünki bu matçda uduzsalar qrupdan çıxmaq şansları qalmayacaq. Düşünürəm ki, onlar risk etməli olacaqlar" - deyə o bildirib.

Ç.Anene “Qarabağ”ın demək olar ki, bütün maneələri dəf etdiyini vurğulayıb: "Lakin onlar avrokubokların növbəti mərhələsində iştirakı təmin etmək üçün “Kayrat”ı üstələmək istəyəcək. Mən qonaqların baş məşqçisi olsaydım, bütün güclü oyunçuları döyüşə atardım . Sonra lazım gələrsə, qalan iki görüşdə ehtiyat oyunçuları təcrübədən keçirərdim. Təəssüf ki, "Kayrat"ın qisas ala biləcəyini düşünmürəm".


Son xəbərlər
topaz banner