Azərbaycanlı futbolçu Ukrayna yığmasına çağırıldı

Azərbaycanlı futbolçu Ukrayna yığmasına çağırıldı
XƏBƏR 4 Noyabr 2021 / 09:42 3468
-  A +

 "Minay"da (Ukrayna) çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev Ukraynanın U-21 millisinə çağırılıb.

Qol.az Ukrayna Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotanın Avro-2023-ün seçmə mərhələsində Şimali Makedoniya və Serbiya ilə oyunlar üçün açıqladığı siyahıda 19 yaşlı yarımmüdafiəçinin də adı var. Ancaq onun adı hələlik ehtiyat siyahıya salınıb.

Qeyd edək ki, E. Quliyev Azərbaycan millisinə də namizəd futbolçulardan hesab olunur.


Son xəbərlər
topaz banner