"Ronaldo 36 yaşında əla formadadır"

"Ronaldo 36 yaşında əla formadadır"
XƏBƏR 3 Noyabr 2021 / 19:30 2872
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer futbolçusu Kriştiano Ronaldo haqqında danışıb. 

Qol.az xəbər verir ki, mütəxəssis "Sky Sports"a açıqlamasında 36 yaşlı hücumçunun əla formada olduğunu deyib: 

"Hamımızın öz rolumuz və məsuliyyətimiz var. Təbii ki, Kriştiano komandanın lideridir. O, qol vurur. Məncə, Kriştiano getdikcə daha yaxşı çıxış edir. Hücumların qurulmasında getdikcə əsas rol oynayır. Bilirsiniz ki, o, bu yay lazımi hazırlıq keçirməyib. Buna baxmayaraq, 36 yaşında əla formadadır". 

Qeyd edək ki, Ronaldo avqustun 31-i "qırmızı şeytanlar"la 2+1 illik müqavilə imzalayıb. 


Son xəbərlər
topaz banner