Kyeza rekordu təkrarladı

Kyeza rekordu təkrarladı
XƏBƏR 3 Noyabr 2021 / 18:58 1776
-  A +

“Yuventus”un futbolçusu Federiko Kyeza üçün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Zenit"lə matç (4:2) əlamətdar olub.

Qol.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi görüşdə fərqlənib. Bununla da Kyeza komandasının ardıcıl 4-cü ev oyununda qol vura bilib. Nəticədə o, “qoca sinyora”nın sabiq hücumçusu David Trezegeyə məxsus rekordu təkrarlayıb. Fransalı 20 il əvvəl – 2001-ci ilin noyabrında turnirin ardıcıl 4-cü ev matçında qol vurub.

Qeyd edək ki, ilk 4 turda 12 xal qazanan “Yuventus” 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.


Son xəbərlər
topaz banner