“Əl-Sədd”dən "Barselona”ya yeni şərt

“Əl-Sədd”dən "Barselona”ya yeni şərt
XƏBƏR 3 Noyabr 2021 / 14:26 4573
-  A +

"Əl-Sədd" (Qətər) baş məşqçisi Xavinin "Barselona"nı çalışdırması üçün Kataloniya klubu ilə danışıqlarda güzəştə getməkdən imtina edib. 

Qol.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. "Əl-Səddin" belə qərara gəlməsinə səbəb "Barselona"nın prezidenti Joan Laportanın Qətərin paytaxtı Dohaya getməməsi olub. Laporta Dohaya vitse-prezident Rafa Yuste və idman direktoru Mateu Alemani yollayacaq.

La Liqa təmsilçisi Xavinin "Əl-Sədd"lə sözləşməsinə son verməsi üçün qarşı tərəfə  1 milyon avro ödəməli idi. Lakin "Əl-Sədd" danışıqlarda güzəştə getməkdən imtina edib. Klub rəsmi təklifin şəxsən Joan Laporta tərəfindən olunmasını tələb edir. 

Qeyd edək ki, Xavinin "Əl-Sədd"lə sözləşməsi 2023-cü ilə qədərdir. 


Son xəbərlər
topaz banner