"Bavariya" PSJ-nin rekordunu yenilədi

"Bavariya" PSJ-nin rekordunu yenilədi
XƏBƏR 3 Noyabr 2021 / 13:53 2182
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Benfika" ilə oyun "Bavariya" üçün əlamətdar olub. 

Qol.az xəbər verir ki, Münhen təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib. Nəticədə "Bavariya" bu mövsüm ÇL-də keçirdiyi 4 matçda vurduğu qolların ümumi sayını 17-yə çatdırıb. Bununla da klub PSJ-nin 2017/18 mövsümündəki rekordunu yeniləyib. 

Qeyd edək ki, "Bavariya" ötən gün "Benfikaya qalib gəlməklə 18 finala vəsiqəni təmin edib. 


Son xəbərlər
topaz banner