Qazaxıstan klubu Stamenkoviçlə maraqlanır

Qazaxıstan klubu Stamenkoviçlə maraqlanır
XƏBƏR 3 Noyabr 2021 / 10:30 2289
-  A +

"Sabah"ın qapıçısı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirə bilər.

Qol.az xəbər verir ki, bu barədə sözügedən ölkənin "Meta-ratings.kz" saytı məlumat yayıb. Bildirilib ki, serbiyalı qolkiper "Aktobe"yə keçməyə yaxındır. Komandanın baş məşqçisi Vladimir Muxanov onunla maraqlandığı vurğulanıb. 

Qeyd edək ki, Saşa Stamenkoviç 2016/2017 mövsümündə Qazaxıstanda "Okjetpes"də çıxış edib. O, 2018-ci ildən "Sabah"da oynayır.


Son xəbərlər
topaz banner