“Kayrat”da “Qarabağ”la matç öncəsi ciddi itki

“Kayrat”da “Qarabağ”la matç öncəsi ciddi itki
XƏBƏR 3 Noyabr 2021 / 10:00 3062
-  A +

 Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"ı qəbul edəcək "Kayrat" oyuna itki ilə çıxacaq.

Qol.az "vesti.kz" saytına istinadən xəbər verir ki, Qazaxıstan təmsilçisinin müdafiəçisi Qafurjan Suyumbayev zədə səbəbindən Ağdam klubu ilə matçı buraxacaq. 

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Son xəbərlər
topaz banner