"Milan" İbrahimoviçlə müqaviləni yeniləyir

"Milan" İbrahimoviçlə müqaviləni yeniləyir
XƏBƏR 2 Noyabr 2021 / 19:29 1423
-  A +

"Milan" futbolçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif edəcək. 

Qol.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. A seriyası təmsilçisi 40 yaşlı hücumçu ilə 1 illik yeni müqavilə imzalamağı planlaşdırır. İbrahimoviç sözləşməni qəbul edərsə, onun klubdakı 1 illik qazancı 4 milyon avro olacaq. 

Qeyd edək ki, İbrahimoviçin hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. 


Son xəbərlər
topaz banner