Çakıra UEFA-dan növbəti təyinat

Çakıra UEFA-dan növbəti təyinat
XƏBƏR 2 Noyabr 2021 / 18:22 3175
-  A +

Türkiyəli FİFA referisi Cüneyt Çakır UEFA-dan növbəti dəfə təyinat alıb. 

Qol.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Monaco" - PSV matçını idarə edəcək. Çakıra yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək. 

Qeyd edək ki, Çakır "Monaco" - PSV görüşü ilə karyerasındakı 200-cü beynəlxalq oyunu idarə edəcək. 


Son xəbərlər
topaz banner