"Biz Erlinqi qalmağa inandıra bilərik"

"Biz Erlinqi qalmağa inandıra bilərik"
XƏBƏR 2 Noyabr 2021 / 17:15 2199
-  A +

Dortmund "Borussiya"sının idman direktoru Sebastyan Kehl komandanın hücumçusu Erlinq Haalandın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Qol.az goal.com-a istinadən xəbər verir ki, o, norveçli futbolçunun  klubda  qalması üçün əllərindən gələni edəcəyini bildirib: 

"Biz hər şeyi etməyə çalışırıq ki, o, "Borussiya"nın onun üçün ideal məkan olaraq qaldığını və burada irəliləməyə davam edəcəyini hiss etsin. Ola bilsin, biz Erlinqi qalmağa inandıra bilərik. Mən buna görə 100 avro mərc edirəm".

Qeyd edək ki, Haalandın  klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir. Transfermarkt onun dəyərini 150 milyon avro qiymətləndirir.


Son xəbərlər
topaz banner