UEFA-dan "Qarabağ"ın oyununa təyinat

UEFA-dan "Qarabağ"ın  oyununa təyinat
XƏBƏR 2 Noyabr 2021 / 13:32 3584
-  A +

Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Kayrat" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Moldova Futbol Federasiyasından  Dumitri Muntyan idarə edəcək. Ona Andrey Bodyan və Viktor Mardari köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vyaceslav Banari yerinə yetirəcək.

Həmçinin oxuyun: Qazaxıstan çempionu bilindi, "Qarabağ"ın rəqibi 3-cü oldu

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Son xəbərlər
topaz banner