Messi "Leyptsiq"lə oyunu buraxır

Messi "Leyptsiq"lə oyunu buraxır
DÜNYA FUTBOLU 2 Noyabr 2021 / 11:58 1707
-  A +

PSJ Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Leyptsiq”lə oyuna ciddi itki ilə çıxacaq.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Lionel Messi zədə səbəbindən bu oyunu buraxacaq. 

Liqa 1-in 12-ci turunun “Lill”lə matçında zədələnən argentinalı hücumçunun durumunun ciddi olmadığı, ancaq məşqçilər korpusunun riskə getmək istəmədiyi bildirilirib.

Qeyd edək ki, sabah keçiriləcək “Leyptsiq” – PSJ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq