A Seriyası matçında azarkeşlər VAR sistemini parçaladı

A Seriyası matçında azarkeşlər VAR sistemini parçaladı
XƏBƏR 1 Noyabr 2021 / 19:59 2650
-  A +

Braziliya A Seriyasının “Qremio” – “Palmeyras” oyunda qalmaqal yaşanıb.

Qol.az xəbər verir ki, görüşdən sonra “Qremio” fanatları hakimlikdən narazı qaldıqları üçün iğtişaşlar törədiblər.

Onların  VAR (video köməkçi hakim) sisteminə də zərər vurublar. Azarkeşlər stadionun digər ləvazimatları ilə yanaşı, VAR aparatını da sıradan çıxarıblar. Olaylara polis tərəfindən müdaxilə olunub. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

“Qremio” – “Palmeyras” oyunu qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşma zamanı “Qremio”nun bir qolu VAR-ın müdaxiləsi ilə ləğv edilib. Əvəzində “Palmeyras” məhz VAR hakimlərinin müdaxiləsindən sonra penalti qazanıb və bundan maksimum yararlanıb.


Son xəbərlər
topaz banner