Araz Abdullayev üçün 45 dəqiqə və sarı vərəqə

Araz Abdullayev üçün 45 dəqiqə və sarı vərəqə
XƏBƏR 1 Noyabr 2021 / 11:50 1290
-  A +

Kipr çempionatında 8-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Etnikos” səfərdə AEK (Larnaka) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Millimizin üzvü 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Etnikos” 8 turdan sonra 2 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner