Nuriyevin komandası yenə uduzdu

Nuriyevin komandası yenə uduzdu
XƏBƏR 1 Noyabr 2021 / 10:25 637
-  A +

Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” doğma meydanda “Lvov”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.
 
Nuriyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
 
“Kolos” 12 turdan sonra 11 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.


Son xəbərlər
topaz banner